Alsu onun yalan danışdığını iddia edir

MAQAZİN
14:19 / 26.06.2024
467

Rusiyalı müğənni Alsu, Bakıda doğulan milyarder həyat yoldaşı Yan Abramovdan ayrıldıqdan sonra onlar ətrafında xəbərlər bitmək bilmir.

Axşam.az-ın məlumatına görə, Yanın Alsuya repçi Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə xəyanət etdiyi bildirilib. Anastasiyanın “evli kişiyə heç vaxt baxmayacağam" sözləri ifaçını özündən çıxarıb.

Alsu göz qırpma emojisi yerləşdirərək, “O, yalan danışır”  şərhini yazıb. Sosial şəbəkə istifadəçiləri Alsu və Abramovun boşanmasının səbəbinin həqiqətən də Anastasiya olduğunun yazıblar.  

İzləyicilərin bir çoxu Timati Alena Şişkova ilə ayrılıb Anastasiya Reşetova ilə görüşməyə başlayanda Şişkovanın da Anastasiyanı boşanmalarında günahlandırdığını xatırladıblar. 

46 yaşlı Abramovun boşanma xəbərindən sonra 28 yaşlı Anastasiya da instaqram hesabında üzüklə fotosunu paylşıb. O, daha sonra özündən üç yaş böyük sevgilisi olduğunu bildirib. 

Qeyd edək ki, Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Cütlüyə yaxın mənbənin yaydığı məlumata görə Abramovun Alsunu uzun illərdir aldatdığı, həmçinin uzun müddət onunla yaşamadığını və yalnız qısa səfərlərdə ailəsinin yaşadığı evə gəldiyini iddia ediblər. 

0