Aygün Kazımovanın unudulmaz duetləri - SİYAHI

MAQAZİN
15:23 / 08.10.2024
77

Xalq artisti Aygün Kazımova hər addımı ilə gündəm olmağı bacarır. 

Hit.az xəbər verir ki, sənətçinin hər mahnısı qısa zamanda milyonlarla dəfə dinlənilən hitə çevrilir. 

Onun klipləri gündəmi zəbt edir, mahnıları trenddə zirvələrdə olur, qonaq getdiyi proqramlar isə reytinqləri alt-üst edir. Qısacası, Aygün Kazımova əsl ulduzun necə olmalı olduğunu hər kəsə nümayiş etdirir. Ona olan sevginin illərdir azalmaması da bununla bağlıdır. 

Divanın duetləri də çox sevilir. Həmin duetlərin böyük əksəriyyəti bu gün belə dillər əzbəridir. Biz də Aygün Kazımovanın unudulmaz duetlərini xatırlayacağıq.

Hit.az divanın unudulmaz duetlərinin bəzilərindən ibarət siyahını təqdim edir:

1. Namiq Qaraçuxurlu "Dözmədi qəlbim" 
2. Namiq Qaraçuxurlu "Mənim deyil" 
3. Alim Qasımov "Güləş" 
4. Rauf "Yaraşdın mənə" 
5. Rauf "Aya" 
6. Ramal "Gecə-gündüz" 
7. Miri Yusif "Bağışla" 
8. Elton Hüseynəliyev "Yağış" 
9. Mirzə Babayev "Getmə, gəl" 
10. Elxan Şirinov "Əlvida" 

Pərviz

0