Nikol Kidman qızına model kimi çalışmağa niyə icazə verdiyini açıqladı

MAQAZİN
19:40 / 05.08.2026
42

Aktrisa Nikol Kidman 18 yaşlı qızı Sandi Rouzun model kimi fəaliyyət göstərməsinə niyə razılıq verdiyini izah edib. 

HİT.az xəbər verir ki, bu barədə "Just Jared" məlumat yayıb.

Nikol Kidman bildirib ki, qızının model olmaq istəyinə uzun müddət tərəddüdlə yanaşıb. Aktrisa bu qərarı vermək üçün anasının məsləhətinə müraciət edib. Anası isə ona xatırladıb ki, Kidman özü də aktyorluq karyerasına 14 yaşında başlayıb.

"Mən soruşdum: "Ona icazə verməliyəmmi? O, model olmaq istəyir". Anam cavab verdi: "Axı sən özün də bunu etmisən... Sən onun istəyinə razı olmalısan, çünki mən də o vaxt sənə icazə vermişdim"", – deyə aktrisa xatırlayıb.

Kidmanın anası onu sakitləşdirib və bu qərarı qəbul etməsinə kömək edib.

"O, sanki mənə Sandi Rouza öz xoşbəxtliyinin, ehtirasının və istəklərinin arxasınca getməsinə icazə vermək üçün xeyir-dua verdi", – deyə Nikol Kidman əlavə edib.

Xatırladaq ki, iyulun 25-də Nikol Kidmanın biznesmen Maykl Reynşteynlə yeni münasibətdə olması ilə bağlı şayiələr güclənib. Aktrisa investorla Portofino çimərliyində görüntülənib. Cütlüyün çətir altında birlikdə uzandığı, güldüyü və kokteyl içdiyi bildirilib. Lakin onlar münasibətlərini rəsmi şəkildə təsdiqləməyiblər.

Bundan əvvəl Nikol Kidman dostu və həmkarı Riz Uizerspunun 50 illik yubileyi münasibətilə Neşvildə keçirilən qapalı tədbirdə görüntülənib. Aktrisa mərasim üçün "Alexander McQueen" brendinə məxsus 1890 dollar dəyərində qara krujevalı korset və gümüşü şalvar seçib. O, görünüşünü çoker boyunbağı ilə tamamlayıb. Kidman saçlarını açıq saxlayıb və gecə makiyajı ilə görüntülənib.

Samir

0