Cici Hadid və Bredli Kuperin nişan üzüklərinin qiyməti açıqlandı

MAQAZİN
21:18 / 05.08.2026
35

Model Cici Hadid və Hollivud aktyoru Bredli Kuper ümumi dəyəri 8570 dollar olan nişan üzükləri alıblar.

HİT.az xəbər verir ki, bu barədə "Page Six" nəşri yazıb.

Cütlük Fransanın "Boucheron" zərgərlik brendinin məhsullarına üstünlük verib. Cici Hadid sarı qızıldan hazırlanmış, üzəri brilyant xətti ilə bəzədilmiş "Quatre Radiant Edition" model nişan üzüyü ilə görüntülənib. Jurnalistlərin məlumatına görə, bu üzüyün qiyməti 6450 dollar təşkil edir.

Bredli Kuper isə ictimaiyyət qarşısına 2120 dollar dəyərində çəhrayı qızıldan hazırlanmış "Godron" model üzüklə çıxıb.

Avqustun 4-də Cici Hadid və Bredli Kuper gizli toyla bağlı şayiələrə səbəb olublar. Onlar Parisdə gəzinti zamanı görüntüləniblər. Model və aktyor adsız barmaqlarında üzüklərlə görünüb və bu da pərəstişkarlar arasında müxtəlif ehtimalların yaranmasına səbəb olub. Bununla belə, məşhurlar hələlik bu iddialara münasibət bildirməyiblər.

İyulun 6-da paparassilər cütlüyü Nyu-York hava limanında, Teylor Svift və Trevis Kelsinin toy mərasimindən bir neçə saat sonra görüntüləyiblər. Toy barədə suala Cici Hadid gülümsəyərək və baş barmağını yuxarı qaldıraraq cavab verib. Model həmin vaxt qara dar top, eyni rəngdə şort, şip-şip, gün eynəyi və kepka taxıb.

Samir

0