Tökülmüş və ağarmış saçları necə bərpa eləmək olar?

MARAQLI
20:20 / 28.02.2024
1517

Müasir tibb bir çox dərdlərə çarə tapır. Amma adına türkəçarə dediyimiz xalq təbabətində də hər dərdin bir əlacı var. Hər bitki, hər təbii maddə bir dərdə dərmandır. Təbii ki, sirlərini bilincə dərmansız dərd yoxdur.

Hit.az-a açıqlama verən fitoterapevt Yasəmən Aydın təbii yolla saç uzatmağın və tökülmüş saçları bərpa etməyin yolunu göstərib.

"Bibəriyyə, başqa adla rozmarin kimi tanınmış bitki saçı bərpa etmək üçün əla vasitədir. Apteklərdə bibəriyyə yağı satılır. Əgər gündəlik işə gedib, yağlı saçlarla gəzmək sizə çətinlik verirsə, bibəriyyə bitkisinin suyundan istifadə edə bilərsiniz. Bir ovuc bibəriyyə otunu 1 stəkan suda qaynadın. Yaxşı olar ki, qaynatmazdan öncə bitkinin yarpaq və budaqlarını əzəsiniz ki, bütün şirəsini buraxsın. Hazır olan mayeni bir şüşə qaba qoyub saxlayın. Gündə 3 dəfə bu mayeni saç diblərinə sürtün. Nəticə özünü çox gözlətməyəcək", deyə həkim bildirib.

O, həmçinin  tökülən saçlara gənəgərçək yağı çəkməyi də tövsiyə edib. Həkim saça təbii qulluq üçün başqa məsləhətlər də verib:

“Saçları parlaq etmək üçün yuduqdan sonra sirkəli su ilə yaxalayın. Qatığın üzünə çıxan yaşıltəhər su da saçı ipək kimi yumşaq edir, tez uzadır və ağarmağa qoymur”.

Murad

0