Depressiyadan necə çıxmaq olar?

MARAQLI
22:20 / 16.04.2024
296

Depressiyadan can qurtarmağın yolları insanları ən çox məşğul edən, düşündürən məsələlərdən biridir.

Bu qədər psixoloji mərkəz də, psixoloqlar da bu problemin həllində depressiyadan əziyyət çəkən insanlara lazımi səviyyədə yardım göstərə bilmirlər.

İnsanları depressiyadan çıxarmaq üçün hər psixoloq bir cür məsləhət verir, amma nəticə istənilən səviyyədə olmur.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bəzən insan özü özünü depressiyaya salır.

Onun sözlərinə görə, hansısa bir problemi ürəyinə salıb, onu tez-tez beynində hərəkət etdirən, dolandıran insan sözsüz ki, bu haldan xilas ola bilməyəcək.

Psixoloq təklif edir ki, depressiya havası hiss olunar- olunmaz, insanlar bundan xilas yolları axtarıb tapmalıdırlar:

“Təəssüflər olsun ki, son illər depressiyadan əziyyət çəkən insanların sayı çoxalır. Ancaq bizdə deyil, bütün dünyada bu hal yaşanır. İllər əvvəl insanların depressiyaya düşməsinə az-az təsadüf edilərdi. Keçən illərin statistikası göstərir ki, bu hallar keçmişdə nadir olub. Çünki o dövrdə insanlar mənfi emosiya aşılayan informasiyalardan xəbərsiz idilər, bundan başqa, münasibətlər taraz idi. Ailədə, cəmiyyətdə, bir sözlə, hər yerdə insanlar bir-birinə dözümlü yanaşır, fikirlərini başqa istiqamətə yozmurdular. Bu gün insanların bir-birinə münasibətində, demək olar ki, keçən vaxtlardakı səviyyədə səmimiyyət yoxdur. Get-gedə insanların bir-birinə dözümlü münasibətləri kölgəyə çəkilir. Bu çox mənfi tendensiyadır. İnsanlar depressiyadan çıxmaq üçün fikir dağıdan işlərlə məşğul olmalıdırlar. Depressiyaya düşən insanlar daha çox komediya janrında çəkilən filmlərə, şən əhval-ruhiyyə yaradan musiqilərə qulaq asmalı, yaxınları, doğmaları və dostları ilə daha yaxın olmalıdırlar. Komediya və romantik janrda çəkilən filmlərə baxmaq insanın psixikasına əməlli-başlı müsbət təsir edir. Depressiyaya düşən insanlar bu cür filmlərə baxsalar yaxşı olar. Gülüş, şadlıq insanı depressiyadan xilas edir. Yaxınları ilə ünsiyyətdə olmaq, gözəl musiqiyə qulaq asmaq, internetdən uzaq olmaq kimi amillər insana yaxşı təsir göstərir”. 

Sevinc

0