Göz yorğunluğu nədir?

MARAQLI
23:26 / 17.04.2024
280

Göz yorğunluğu, inkişaf edən göz problemlərindən biridir.

Uzun müddət kompüter və telefona baxan şəxslərdə bu problem daha çox müşahidə olunur. 

Göz həkimi Fidan Səmədova Hit.az-a açıqlamasında deyib ki, telefon, kompüterdən 4 saatdan artıq istifadə etdikdə, gözdə quruluq əmələ gəlir. Gözün əzələ sisteminə düşən gərginlik artır və göz yorğunluğu yaranır:

 "Göz yorğunluğu görmə zəifliyi kəskin nəzərə çarpmayan, kiçik dərəcəli refraktiv qüsuru olan insanlarda daha kəskin özünü büruzə verir. Elə buna görə də yaxın məsafədə işləyərkən ⁷göz yorğunluğu əlamətləri: gözlərdə sulanma, göynəmə, gözdə, başda olan ağrılar, iki görmə, bulanıq görmə və s. ortaya çıxarsa, həkim-oftalmoloqa müraciət etmək lazımdır. Bu zaman göz həkimin təyin etdiyi kiçik dərəcə belə olsa, eynək istifadəsi mütləqdir. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkündür".

Sevinc

0