Yağlı yeyək, yoxsa yavan?

MARAQLI
22:37 / 19.04.2024
406

Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. 

Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində 100 qramdan artıq yağ qəbul etməlidir. 

Ancaq yağı normadan artıq qəbul etmək də bədənə mənfi təsir göstərə bilər.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yağdan ifrat dərəcədə istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın əmələ gəlməsinə şərait yaradır: 

"Kərə yağının tərkibində insan orqanizmi üçün faydalı olan mineral maddələr, vitaminlər var. Bu səbəbdən də yağdan tamamilə imtina etmək düzgün olmaz. Yağdan həddən artıq istifadə edəndə orqanizmin ən vacib orqanlarından sayılan qaraciyərdə müəyyən problemlər ortaya çıxır. Tərkibi naməlum, keyfiyyətsiz yağlardan istifadə zamanı isə qaraciyər ciddi zərər görür. Qaraciyər orqanizmin ən davamlı orqanlarından biri sayılır. Zədələndikdən qısa müddət sonra qaraciyər özünü bərpa etməyə başlayır. Heç bir orqan qaraciyər kimi öz hüceyrələrini bərpa edə bilmir. Ancaq qaraciyər orqanizmin çox həssas orqanlarından biridir. Ciddi zərər gördükdə özünü bərpa etmək xüsusiyyətini itirir. Bu zaman onun fəaliyyətində müəyyən problemlər ortaya çıxır".

Sevinc

0