Biz niyə bizi incidəcək adamlara aşiq oluruq?

MARAQLI
23:39 / 12.06.2024
1075

Redaksiyamıza müraciət daxil olub.

İzləyicimiz Əfsanə Həsənli psixoloji dəstək istəyib:

"Mən yalnız mənə xəyanət edəcək, məni istəməyən insanlara bağlanıram. Gerçək sevgi ilə üzləşəndə qaçıram. Bu nə duyğudur anlamıram. Sualıma psixoloq cavab versə şad olaram.”

Hit.az-a açıqlama verən psixoloq Arzu Qənbərli bildirib ki, bu duyğu uşaqlıqdan gələn travmalarla əlaqədardır:

 “Əfsanə xanım valideynlərindən yetərli qədər sevgi görməyib. Ola bilər ki, o uşaq olarkən valideynləri onun gözü önündə çox dava ediblər. Əfsanə əsl sevginin necə olduğunu bilmir. Onun beyni yalnız belə qalmaqallı duyğularla tanışdır, acıya alışıb, öz komfort dairəsindən çıxmaq istəmir. Əsl sevgini tanımadığına görə, bu duyğunu yaşamaqdan qorxur. Beyin isə bizdən həmişə bir addım öndədir. Onun impuls dalğaları kimin sevib, kimin əzab verəcəyini də yaxşı seçə bilir. Ona görə özünə tanış duyğuları verəcək insanlara qarşı simpatiya hiss etməyə baslayır”,- deyən psixoloq əlavə edib ki, uşaqları sevgi mühitində böyütmək lazımdır. Əks halda bu travmalar illər sonra qəribə duyğular şəklində geri dönür.

Murad

1