Artıq 2025-ci ilin gəlməsinə sayılı günlər qalıb.
Hər ilin özünə uyğun trend geyimləri olur.
Maraqlıdır, 2025-ci ilin trend geyimləri nə olacaq?
Bu barədə Hit.az-a açıqlama verən moda üzrə ekspert Günel Xeybərova deyib ki, 2025-ci ilin trend geyimləri, mövcud moda dünyasındakı dəyişikliklər və sosial, texnoloji və mədəni inkişaflarla əlaqəli olaraq bir neçə fərqli istiqamət üzrə formalaşacaq:
“Moda dövrü olaraq, 90-cı illərin və 2000-ci illərin təsiri davam edəcək. Xüsusilə, böyük logolar, çanta və ayaqqabı kimi aksesuarlar, cargo şalvarlar, geniş paltarlar və crop top-lar geri qayıdacaq.
Retro üslubda, amma müasir təkmilləşdirmələrlə təqdim olunan geyimlər də populyar olacaq.
Bu, həm də ekologiya baxımından davamlılığı təbliğ edir, çünki vintage və ikinci əl geyimlərin alışı artacaq.
Minimalist dizaynlar, təmiz xətləri və sadə rəng palitralarını təmsil edən geyimlər həm gündəlik, həm də ofis üslublarında populyar olacaq.
Bu geyimlər həm funksional olacaq, həm də estetik olaraq, zərif və şık görünəcək.
2025-ci ilin geyim dünyasında rənglər daha canlı və energetik olacaq.
Parlaq narıncı, mavi və sarı tonları, neon və flüoresan rənglər populyarlaşacaq. Eyni zamanda, pastel tonları və təbii rənglər də tərzləri balanslaşdıran və sükunət verən bir yanaşma ilə önə çıxacaq.
Bu rənglər gündəlik həyat və rahat geyimlərdə istifadə ediləcək”.
Murad