Xoşbəxt münasibətlərin sirri: Cütlükləri məhvə aparan 10 sevgi qaydası

MARAQLI
20:59 / 01.06.2026
34

Amerikalı psixoloq Mark Tavers sevgi haqqında ən vacib 10 dərsi ayıraraq, dünya üzrə aparıcı münasibətlər ekspertləri – Con və Culi Qotmanların (tez-tez “sevginin Eynşteynləri” adlandırılır) tədqiqatlarına əsaslanıb.

HİT.az xəbər verir ki, psixoloq bu barədə "Forbes" üçün məqaləsində yazıb.

“Qotmanların işinin inqilabi tərəfi ondan ibarət idi ki, onlar qeyri-müəyyən nəzəriyyələrə və romantik ideallara əsaslanmırdılar. Onlar münasibətləri yüksək dəqiqliklə ölçdülər, xəritələşdirdilər və elə qanunauyğunluqlar aşkar etdilər ki, boşanmanı heyrətamiz dəqiqliklə proqnozlaşdıra bilirlər. Onların illərlə aparılan tədqiqatları göstərdi ki, güclü münasibətlər zamanla təkrarlanan gündəlik xeyirxahlıq hərəkətləri üzərində qurulur”, deyə Tavers bildirib.

Qotmanların 2017-ci ildə "Journal of Family Theory & Review" jurnalında dərc olunan “Sevginin təbii prinsipləri” adlı araşdırmasında 40 ildən çox tədqiqatın nəticələri ümumiləşdirilib. Mark Tavers həmin işlərə əsaslanaraq sevginin əsas dərslərini belə sıralayıb:

Partnyora həmişə reaksiya verin. Bu, maraq, istilik və ya diqqətlə cavab vermək deməkdir. Cütlüklər bir-birinə davamlı şəkildə reaksiya verdikcə, qarşı tərəfin daxili dünyasının vacib olduğu təsdiqlənir və bu, zamanla emosional təhlükəsizlik yaradır.

Uzaqlaşmayın. Uzaqlaşma partnyorun yaxınlaşma cəhdinin görməzlikdən gəlinməsi, rədd edilməsi və ya laqeydliklə qarşılanmasıdır. Ən çox çətinlik yaşayan cütlüklər adətən bu emosional uzaqlaşma ilə başlayır.

Heç vaxt sərt şəkildə üz çevirməyin. Bu, sadəcə uzaqlaşmaqdan daha zərərlidir, çünki yaxınlaşma cəhdinə qıcıq, düşmənçilik, tənqid və ya nifrətlə cavab vermək deməkdir.

Sevgi xəritəsi yaradın. Qotmanlara görə sağlam münasibətlərdə tərəflər bir-birinin daxili dünyasını – qorxularını, streslərini, məqsədlərini, xatirələrini, arzularını və zəifliklərini yaxşı tanıyır.

Ortaq məna yaradın. Bu, münasibətin sadəcə gündəlik qarşılıqlı əlaqələrdən ibarət deyil, daha böyük bir sistem kimi hiss olunmasıdır: ortaq dəyərlər, ənənələr, məqsədlər və gələcək vizyonu.

“Emosional bank hesabına” investisiya edin. Qotmanlar münasibətləri emosional bank hesabına bənzədirlər: müsbət davranışlar “yatırım”, mənfi davranışlar isə “çıxarış” kimi qiymətləndirilir.

Mənfi “çıxarışları” azaldın. Tənqid, hörmətsizlik, düşmənçilik və emosional soyuqluq hesabdan çıxarışa bərabərdir. Bu cür hallar konflikt, stress və anlaşılmazlıq zamanı qaçılmaz ola bilər.

Emosional yüklənmədən qaçın. Konflikt o qədər güclənir ki, insan “sağ qalma rejiminə” keçir və rasional ünsiyyət çətinləşir.

Təsiri qəbul edin. Bu, partnyorun düşüncə, hiss və ehtiyaclarının qərarlar və davranışlara real şəkildə təsir etməsinə icazə verməkdir.

Bərpa cəhdlərini qəbul edin. Bunlar konflikt zamanı və ya sonra gərginliyi azaltmaq və emosional əlaqəni bərpa etmək üçün edilən cəhdlərdir. Ən böyük səhvlərdən biri bu cəhdləri “qalib gəlmək” istəyinə görə rədd etməkdir.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu qaydalar hər münasibətin problemsiz olacağı anlamına gəlmir. Əsas faktorlar ünsiyyət keyfiyyəti, emosional vəziyyət və tərəflərin fərdi davranışlarıdır.

Samir
 

0