Həm yaraşıqlı, həm də bütün ailənin sevimlisi olacaq kiçik bir it almaq istəyirsiniz?
HİT.az xəbər verir ki, "Parade Pets" ən gözəl kiçik cinslərin siyahısını tərtib edib və baytarlar Lisa Kahn və Ami Varner bu balaca itlərin sahiblərinin qəlbini fəth etməsinin səbəblərini bizə danışıblar.
1. "Bişon frize"
"Bişon frize" sıx və qıvrım tükləri ilə tanınır. Bu cins demək olar ki, tük tökmür və baxımlı görünüşü ilə seçilir.
Liza Kanın sözlərinə görə, bu itlər şən, oynaq, ağıllı və insanlara çox bağlı olurlar. Uşaqlarla yaxşı münasibət qururlar və kiçik ölçüləri sayəsində onları səyahətlərə aparmaq da rahatdır.
* Çəkisi: 4,5–9 kq
* Ömür uzunluğu: 14–15 il
2. "Malta bolonkası"
Qar kimi ağ, ipək kimi yumşaq tükləri ilə seçilən bu cins zərif görünüşünə baxmayaraq olduqca enerjili və mehribandır.
Emi Vorner bildirir ki, bu itlər sahiblərinə güclü bağlılıq göstərirlər. Buna görə də onlarla kifayət qədər vaxt keçirmək vacibdir. Erkən yaşdan düzgün sosiallaşma və təlim tövsiyə olunur.
* Boyu: 18–23 sm
* Çəkisi: 3 kq-a qədər
* Ömür uzunluğu: 12–15 il
3. "Havana bişonu"
Mənşəyi Kubaya gedib çıxan bu cins ipək kimi yumşaq tükləri və iri ifadəli gözləri ilə diqqət çəkir.
Mütəxəssislərin sözlərinə görə, "Havana bişonu" ağıllıdır, asan öyrənir, ailəsinə möhkəm bağlanır, uşaqlar və digər ev heyvanları ilə yaxşı yola gedir. Həmçinin çox az hürməsi şəhər şəraitində saxlanılmasını asanlaşdırır.
* Boyu: 22–29 sm
* Çəkisi: 3–6 kq
* Ömür uzunluğu: 14–16 il
4. "Pomeran şpitsi"
Sıx tükləri və gülümsəyən sifəti ilə tanınan bu cins sosial şəbəkələrdə ən populyar kiçik itlərdən biri hesab olunur.
Emi Vorner qeyd edir ki, "Pomeran şpitsi" cəsur, diqqətli və özündən böyük it kimi davranmağa meyillidir. Düzgün sosiallaşma onun həddindən artıq hürməsinin qarşısını almaqda mühüm rol oynayır.
* Boyu: 15–18 sm
* Çəkisi: 1,5–3 kq
* Ömür uzunluğu: 12–16 il
5. "Yapon şpitsi"
Ağ tükləri, belinin üzərinə qıvrılan quyruğu və "gülümsəyən" sifəti ilə seçilən bu cins ailə üçün uyğun hesab olunur.
Liza Kanın sözlərinə görə, bu itlər mehriban, ağıllı, sahibini sevindirməyə çalışan və yeni komandaları həvəslə öyrənən heyvanlardır. Uşaqlar və digər itlərlə də yaxşı münasibət qururlar.
* Boyu: 30–38 sm
* Çəkisi: 4,5–11 kq
* Ömür uzunluğu: 10–14 il
6. "Lhasa apso"
Dəbdəbəli uzun tüklərinə görə bu cins tez-tez "kral görünüşlü" it adlandırılır.
Liza Kan bildirir ki, tarixən Tibet monastırlarında gözətçi iti kimi yetişdirilən "Lhasa apso" yad hadisələrə qarşı həssasdır və ailəsini xəbərdar etmək üçün tez-tez hürür. Ağıllıdır, öyrədilməsi asandır, lakin kifayət qədər müstəqil xarakterə malikdir.
* Boyu: 25–28 sm
* Çəkisi: 5,5–8 kq
* Ömür uzunluğu: 12–15 il
7. "Kavaler Kinq Çarlz spanieli"
Zərif görünüşü və ipək kimi yumşaq tükləri ilə bu cins kiçik itlər arasında ən məşhurlardan biridir.
Emi Vornerin sözlərinə görə, bu itlər mehriban, ünsiyyətcil və ailə həyatına asan uyğunlaşırlar. Bununla yanaşı, ovçu instinktlərini qoruduqları üçün aktiv oyunlara, gəzintilərə və müntəzəm fiziki hərəkətə ehtiyac duyurlar.
* Boyu: 30–33 sm
* Çəkisi: 6–8 kq
* Ömür uzunluğu: 12–15 il.
Samir


