DİQQƏT! Elektron poçtunuza gələn bu məlumatları açmayın, virusdur

ÖLKƏ
15:24 / 09.10.2020
1701

Erməni hakerləri tərəfindən Azərbaycan vətəndaşlarının elektron poçt ünvanlarına yoluxdurma məqsədilə virus fayllar göndərilir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, məktublar aşağıda göstərilən mövzularla daxil olur:

1. "Erməni qurbanlarının siyahısı"

2. "Минобороны Азербайжана опубликовало список погибших"

3. Хакеры взломали базу данных Министерства обороны Азербайджана и опубликовали список погибших азербайжанских военнаслующих.

4. Hesabat.exe

5. Siyahı.exe

6. Təlimat.exe və s.

Vətəndaşlara bu və buna bənzər mövzulu elektron poçtlar aldıqları zaman diqqətli olmağı, viruslu faylları açmadan dərhal belə məktubları silməyi və ya analiz üçün Mərkəzə göndərmələri tövsiyə olunur.

"Düşmənin kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı bütün vətəndaşlarımızı diqqətli və ayıq-sayıq olmağa çağırırıq", - məlumatda bildirilir.

1