Ermənilər türk şəhidi Qarabağda “öldürdülər” - FOTO

ÖLKƏ
14:47 / 06.11.2020
2942

Ordumuz tərəfindən məğlubiyyətə uğradılan Ermənistanın türk hərbçilərin Qarabağda vuruşması barədə yaydığı məlumat növbəti dəfə saxta çıxıb.

Axar.az xəbər verir ki, erməni Teleqram səhifələri bu dəfə Türkiyənin Siirt əyalətinin Eruh rayonunda 2019-cu ildə PKK terror təşkilatı ilə mübarizədə şəhid olan çavuş Yasin Baranın fotosunu paylaşaraq, onun Qarabağ müharibəsində şəhid olduğunu iddia edib.

Qeyd edək ki, Ermənistan bir neçə dəfə türk hərbçilərin Qarabağda vuruşduğunu iddia edərək, öz məğlubiyyətlərinə bu cür haqq qazandırmağa çalışıblar. Lakin onların bu iddiaları hər dəfəsində saxta çıxıb.

0