Bəhram Bağırzadəyə ağır itki üz verdi

ÖLKƏ
15:45 / 01.01.2021
3400

Əməkdar artist Bəhram Bağırzadənin ailəsinə ağır itki üz verib.

Medicina.az xəbər verir ki, sənətçinin anası Tahirə Bağırzadə bu gün koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, aktyor bir neçə gün öncə öz instaqram hesabında anasının komada olduğunu bildirərək valideyninə təcili qan lazım olduğunu demiş, kömək etmələri üçün yaxınlarına çağırış etmişdi.

4