AzTU-nın professoru vəfat edib - FOTO

ÖLKƏ
13:32 / 29.01.2021
1249

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru, Prezident təqaüdçüsü, Radiotexnika kafedrasının məsləhətçi professoru Ulduz Kəngərli 97 yaşında vəfat edib.

Universitetdən verilən məlumata görə, Ulduz Kəngərli 1961- 2005-cı illərdə Radiotexnika kafedrasının müdiri vəzifəsində çalışıb.

O, 218 elmi məqalənin, 12 müəlliflik şəhadətnaməsinin, 14 dərslik və dərs vəsaitinin, 8 metodiki göstərişin müəllifi olub.

AzTU-nun rəhbərliyi və kollektivi Ulduz Kəngərlinin vəfatından kədərlənir, ailəsinə səbr diləyir. Allah rəhmət eləsin!

1