Füzulidə düşmənin basdırdığı minalar aşkarlandı - FOTO

ÖLKƏ
19:31 / 01.02.2021
777

Füzuli rayonun işğal altında olmuş Aşağı Seyidəhmədli kəndində düşmənin basdırdığı minalar aşkarlanıb. 

HİT.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi məlumat yayıb.

“Ermənistan ordusu Füzuli rayonun işğal altında olmuş Aşağı Seyidəhmədli kəndində Ermənistan istehsalı olan piyada əleyhinə minalarından istifadə edərək sistemsiz mina sahələrinə bir çox üçlü və dördlü minalar basdırıb”, - məlumatda bildirilib.

0