İcra başçısı Aprel döyüşçülərinə yüksək vəzifə verdi - FOTO

ÖLKƏ
12:27 / 26.02.2021
2255

Qaradağ Rayon İcra Hakimiyyətinin  başçısı Süleyman Mikayılovun müvafiq sərəncamına əsasən aprel döyüşçüsü, qazi Həsrət Almasov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə,  aprel döyüşçüsü, qazi  Röyal Əşrəfov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib. 

İcra hakimiyyətindən bildirilib ki, H.Almasov 1990-cı il mayın 1-də Yardımlı rayonunda anadan olub. O 2010-cu ildən Müdafiə Nazirliyinin zabiti kimi hərbi xidmətə başlamış, 2010-2015-ci illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət etmişdir. 2015-ci ildə Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələr Kursunu bitirmişdirş. 2016-cı il tarixində aprel döyüşləri zamanı cəbhənin Tərtər rayonu Qapanlı-Seysulan kəndi istiqamətində əməliyyat zamanı yaralanmışdır. 2017-ci ildə yaralandığına görə Müdafiə Nazirliyindən ehtiyata buraxılıb.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin Çağırış şöbəsinə mütəxəsis vəzifəsinə təyin olunub. 

Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar olaraq  əlil olmuşdur, Prezident təqaüdçüsüdür.

“Hərbi Xidmətdə fərqlənməyə görə”, “Vətən naminə”, “Fədai”, “Vətənpərvərlik işinin təşkilinə görə” və “Silahlı Qüvvələrin yüz illiyi” medalları ilə təltif edilib.

Röyal Əşrəfov 2010-cu ildən Müdafiə Nazirliyinin zabiti kimi hərbi xidmətə başlamış, 2010-2017-ci illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət etmişdir. 2016-cı il tarixində aprel döyüşləri zamanı cəbhənin Ağdərə rayonu Talış kəndi istiqamətində əməliyyat zamanı yaralanmışdır. 2017-ci ildə yaralandığına görə Müdafiə Nazirliyindən ehtiyata buraxılmışdır. Daha sonra BORCH WERF MMC şirkətində işləmişdir. 

Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar olaraq  əlil olmuşdur, Prezident təqaüdçüsüdür.

0