Qubada avtomobildə daşınan almalar yola dağıldı - FOTO

ÖLKƏ
13:37 / 08.03.2021
687

Quba-Xaçmaz yolunda hərəkətdə olan yük avtomobilində daşınan almalar yola dağılıb.

HİT.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində plastik yeşiklərə yığılmış almalar yola dağılıb.

Hadisəyə səbəb isə yük avtomobilinin örtük hissəsinin (tent) cırılması olub.

0