ÖLKƏ
22:13 / 07.04.2021
264

Gimnaziyanın müəllim və şagirdləri koronaya yoluxdu, tədris dayandırıldı

Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanılıb.

HİT.az Report-a istinadən xəbər verir ki, gimnaziyanın 5 müəllimi və 3 şagirdi COVİD-19-a yoluxub.

Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.

Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.

Facebook    

0