İbtidai sinif müəlliminin maaşı alimin maaşından niyə çoxdur?

ÖLKƏ
17:09 / 24.11.2022
502

"Mövcud vəziyyəti dəyərləndirsək, nazirin dedikləri hardasa həqiqətdir. Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri var ki, orada ibtidai təhsil pilləsində dərs deyən müəllimlərin müəyyən bir hissəsi də məktəbə hazırlıq qruplarında dərs deyirlər. Məsələn, bir müəllim 18 saatdan artıq dərs deyir, eyni zamanda paralel olaraq hazırlıq kurslarında da dərs keçir. Belə müəllimlərin aylıq maaşları 800 manata yaxın formalaşa bilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev elm və təhsil naziri Emin Əmrullayevin ibtidai sinif müəllimlərinin əmək haqqının Təqdiqiat İnstitutunun direktorunun maaşından çox olması ilə bağlı fikirini şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, bu gün Elmlər Akademiyasının tebeliyində olan elə institutlar var ki, rəhbər heyətdə çalışan şəxslər, eyni zamanda elmi-tədqiqat işləri aparan namizədlərin əmək haqları çox aşağıdır:

"Düşünürəm ki, həmin şəxslərin əmək haqlarının artırılması və yaxud onların tədqiqat işlərinin aparılması üçün müəyyən vəsaitin ayrılması elmin inkişafına müəyyən qədər də töhvə verə bilər. Prezidentin sərəncamı əsasında artıq Elmlər Akademiyası Elm və Təhsil Nazirliyinə verilib”.

Təhsil eksperti hesab edir ki, bundan sonra ayrılacaq vəsaitlərdən düzgün istifadə olunarsa, həm əməkdaşların, həm də elmi-tədqiqat aparan şəxslərin təkcə ölkəmizdə deyil, ondan kənara ezamiyyətə göndərilməsi müəyyən təcrübələrin əldə olunmasına çalışılması əsas vacib elementlərdən hesab olunmalıdır.

0