ÖLKƏ
11:53 / 26.11.2022
375

Bakıda deputatlığa namizəd olmuş gecə klubu rəhbəri müştərini döyüb - Polis rəisi haqlı çıxdı

Bakıda deputatlığa namizəd olmuş gecə klubunun direktorunun müşatərini döyməsi faktını məhkəmə də təsdiqləyib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Xəqani küçəsində yerləşən "Xəqani 41” adlı karaoke klubun direktoru tərəfindən törədilib. Olay bu ilin may ayında baş versə də, məhkəmə noyabr ayının 24-də qərar qəbul edib.

Xarici ölkə vətəndaşı olan müştəri “Roma” kimi tanınan və əsl adı Ramil olan klubun sahibi barəsində DİN-nin 102 qaynar xəttinə şikayət edib. Bu ilin sentyabr ayında Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən Ramil İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 manat məbləğində cərimə edilib. 

Amma "Xəqani 41” adlı klubun direktoru Ramil məhkəməyə müraciət edərək, belə bir hadisəni törətmədiyini bildirib və araşdırılmasını tələb edib: “Klubumuz şəhərin ən tanınmış klublarındandır. Daim xaricdən gələn və tanınmış şəxslər qonaqlarımız olur. Əgər hər hansı müştəri qanunsuz hərəkət edirsə, barəsində polisə məlumat verərik. Adam döyməyə nə ehtiyac var? Özüm ziyalı ailədə böyümüşəm, son parlament seçkilərində deputatlığa namizəd olmuşam".

Məhkəmə onun şikayətinə baxaraq hesab edib ki, 39-cu Polis Bölməsinə rəisi, polis mayoru Sabir Həsənov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilən şikayət təmin edilməsin və dəyişdirilmədən saxlanılsın. Məhkəmənin qərarına əsasən, şikayət əsassızdır və təmin edilməməlidir. 

0