Azərbaycanda qanunsuz pul köçürən haker saxlanıldı

21:49 / 23.11.2023
388

Azərbaycanda qanunsuz valyuta köçürmələri edən kibercinayətkar saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, F. Ş. xaricdən ölkəyə və əksinə qanunsuz pul köçürmələrində ittiham olunur. Məlumata əsasən, o, həmin köçürmələr vasitəsilə 110.000 dollar (təxminən 187 min manat) gəlir əldə edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə F. Ş. saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 206-1.3-cü (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

F. Ş. barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda məhkəmə istintaqı davam edir.

0