Uşaq evindən çıxan gənclərin sonrakı həyatı…

ÖLKƏ
21:00 / 16.01.2024
226

Bu  gün uşaq evlərində və internatlarda yaşayan kimsəsiz uşaqların taleyi, onların gələcəkdə həyatda hansı  mövqeni qazanacaqları cəmiyyətimizi ən çox narahat edən problemlərdən biridir.

Ailədə tərbiyə almaq imkanından məhrum edilmiş uşaqlar köməyə, xüsusi müdafiə və alternativ qayğı almaq hüququna malikdirlər.

Uşaq evindən çıxmış gənclərin əksəriyyətinin gedəsi yeri olmadığı üçün də onlar həyatın ən böyük "şillə"ni küçələrdə dadırlar. 

Elə bir problemlə üzləşirlər ki, ya kirayədə qalırlar, ya da qohumu varsa, qohum yanına gedirlər. 

Həmin yerlərdə ev sahibləri, qohumların onların başına açdığı oyunları isə hər zaman uşaq evinin "məzunları"nın həyat hekayələrindən bilirik.

Təəssüf ki, uşaq evindən "məzun" olan qızlar daha şanssız olur. Onlar harada yaşayır, necə həyat tərzi sürür?

“Vəfa” Sosial Problemlərə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli Hit.az-a qeyd edib ki, Sovet dövründə 18 yaşdan sonra internat evlərini tərk edən kimsəsiz uşaqların həm təhsillərini davam etdirmələri, həm də mənzil və işlə təmin olunmaları üçün şərait yaradılırdı:

 "Amma indi bu problemi həll edilən yeniyetmələrin sayı çox aşağı səviyyədədir. Məhz buna görə onların ailə qurmaq, gələcək müqəddəratlarını həll etmək şansları yoxdur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə kimsəsiz uşaqlar internat evlərindən yaşına görə tərxis olunandan sonra yaşadıqları rayonun icra hakimiyyəti tərəfindən mənzillə təmin olunmalıdır. Əgər mənzil yeri yoxdursa, həmin uşaqlar yataqxana və ya xidməti mənzillərə yerləşdirilməlidir”.

Sevinc

0