Televiziyada dərman reklamı düzgündürmü?

ÖLKƏ
21:32 / 01.02.2024
336

Son vaxtlar tez-tez yerli televiziyalarda dərman preparatlarının reklamı ilə qarşılaşırıq. Hətta sözügedən reklamlarda bu dərmanların reseptsiz qəbul edilə biləcəyi də vurğulanır. Lakin ekspertlər bunun düzgün olmadığını bildirir.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, dərman vasitələrinin reklamı qətiyyən doğru deyil. Avropada dərman vasitələrinin reklamı qadağan olunub. Reklam kommersiya məqsədi daşıyır, dərman vasitəsi isə sırf satış məqsədi daşıya bilməz: 

"İstənilən dərmanı ancaq həkim məsləhəti ilə qəbul etmək lazımdır. Buna görə də dərmanın reklamını etmək olmaz. Çünki reklam varsa, hər hansı bir şəxs reklama inanıb həkim məsləhəti olmadan onu alıb istifadə edəcək. İnsan orqanizmləri fərqli olduğu üçün birinə çox yaxşı təsir edən dərman digərinə çox pis təsir edə bilər".

Sevinc

0