Havada toz miqdarının artmasının insanlara təsiri..

15:19 / 05.02.2024
272

Məlumdur ki, son günlər Bakıda tozlu hava müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun yaydığı məlumatda qeyd edilir ki, havada tozun miqdarı 1.8-2 dəfə normadan artıqdır: 

“Buna səbəb arabir güclənən cənub-qərb istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır”.

Həkim-professor Adil Qeybulla Hit.az-a bildirib ki, tozun miqdarının normadan artıq olması insanların səhhəti üçün ciddi problem yarada bilər:

“Toz kütləsi küləklə müxtəlif yerlərdən ölkəyə daxil olur və bu hallar daha çox tikintinin gur vaxtında müşahidə edilir. Bununla bağlı müvafiq qurumlar tədqiqat aparmalıdırlar. Çünki toz insanların nəfəs yollarına çöküb, xeyli problem yarada bilər. Belə havalarda təması maksimum məhdudlaşdırmaq lazımdır. Mümkün qədər ev və qapalı şəraitdə olmalı, pəncərələri bağlı saxlamalı, insanlar özlərini qorumalı və ictimai nəqliyyatda gedərkən maskalardan istifadə etməlidirlər”.

Həkimin fikrincə, tozlanma təmasının və onun konsentrasiyasının orqanizmə daxil olmasına İmkan vermək olmaz. Bu cür havalarda daxil olan toz bronxit telini qıcıqlandırır.

Sevinc

0