Xəyanəti bağışlamaq olarmı?

ÖLKƏ
19:41 / 05.02.2024
321

Müasir dövrdə xəyanət üzündən dağılan ailələrin sayı dəfələrlə artıb. 

Cütlü klər bəzən xəyanəti bağışlayır, bəzən isə bu halı qəbul edə bilmədiyi üçün izdivaca son qoyur.

Maraqlıdır, xəyanəti bağışlamaq olarmı?

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, qadınlarımız cəfakeşdir, zəhmətkeşdir. Başları övladlarını böyütməyə, evin sıxıntılarını həll etməyə qarışır və özlərinə baxmırlar. O cümlədən də, həyat yoldaşlarını diqqətdən kənarda qoyurlar:

“Belə olanda isə kişilər başqa liman axtarır. Xanım övladlarını böyüdür, evləndirir. Evi ilə bağlı bütün işləri qaydasına qoyur və baxır ki, ömür gedir, həyatda istədiyi çox şeyə nail olub. Övladları xoşbəxtdir, özü isə mənəvi olaraq həyat yoldaşını itirib, o başqasının yanındadır. Bu zaman xanım bunu qəbul edə bilmir. İllərdir cəfa çəkən, əzab çəkən, yoldaşına sevginin zərrə qədər azalmadığını deyən qadın xəyanəti qəbul etmir. Övlad dünyaya gəldikdən sonra qadınlar həyat yoldaşlarını 2ci, 3-cü plana atır. Övlad dünyaya gətirdikdən sonra onlara bir rahatlıq gəlir ki, artıq həyat yoldaşım heç yerə gedə bilməz, məni ata bilməz. Xanımlar ilk növbədə bütün sevgi, diqqət və qayğısını  həyat yoldaşlarına verməlidirlər”.

Xəyanəti bağışlamaq olar sualına gəlincə, psixoloq deyib ki, biranlıq həvəsə görə qadınlar üçüncü tərəfə şans verməsin:

“Boşanmaq çarə deyil, ilk növbədə üçüncü şəxsə şans verməkdir. Əksinə güclü olub həyat yoldaşına sahib çıxmaq lazımdır.  Hesab edirəm ki, ərinin xəyanətini bağışlamamaq xanımın zəifliyidir”.

Sevinc

0