Uşaqlar arasında nevrozluq artır - Necə müalicə etmək olar?

ÖLKƏ
20:00 / 05.02.2024
324

Əksər valideynlər azyaşlı övladlarının yuxusuzluğundan, əsəbi, aqressiv olmasından gileylənir.

 Əvvəl yenidoğulmuşlarda yuxusuzluq, narahatlıq bir neçə ay şəkirdisə, indi bu vəziyyət bəzən illərlə davam edir və  ailənin daimi qayğısına çevrilir. 

Nevro-psixoloji problemli uşaqların sayınını ildən-ilə artdığını statistik məlumatlardan da görmək olur.

Nevroloq Sevinc Əsədova Hit.az-a bildirib ki, hazırda uşaqlar arasında psixoloji problemlər daha çoxdur, nəinki nevroloji:

“Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, şikayətçilərin çoxunda problem əsəbilik yox, düzgün olmayan tərbiyə, psixoloji gərginliklə bağlı olur. Son vaxtlar gecə yuxusuzluğundan şikayətlənənlər həddindən artıqdır. Uşaqlar həssas olur, bunu müasir dövrün ekoloji, sosial vəziyyəti ilə əlaqələndirirlər. Amma ötən illərə nəzər salsaq görərik ki, əksər uşaqlar kiçik yaşlarında aşırı şıltaq olur, xasiyyətinə görə fərqlənirlər. Kaprizlərinə görə, uşağı erkən yaşından terpiayaya yönəltmək düzgün deyil. Daha çox ünsiyyətlə, düzgün yanaşma ilə müalicə etmək lazımdır”.

Sevinc

0