Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında "Sərhəd-sipər" əməliyyatı başladı

ÖLKƏ
10:11 / 12.02.2024
122

Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd-sipər" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.

HİT.az xəbər verir ki, bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.

0