Psixi xəstə kimə deyilir?

ÖLKƏ
18:45 / 14.02.2024
358

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Psixi pozuntuya bəzən mental pozuntu, ruhi xəstəlik də deyirlər.

Bəs psixi xəstə kimlər hesab olunur? Hit.az-ın sualını psixiatr Aydan Rəhimova cavablandırıb:

“Həyat şəraitinə uyğunlaşa bilməyən, həyat problemlərini həll edə bilməyən insanlar psixi xəstə sayılır. Əgər insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunlu var deyə bilərik. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlarda dəyişiklik və pozğunluqlara səbəb olur və bədənin somatik funksiyalarının dəyişməsi ilə nəticələnir”.

Psixi xəstəliklərin müalicəsi varmı?

Həkimin dediyinə görə, həmişə yox:

“Psixiatrik xəstəliklərin bəziləri dərman müalicəsi ilə sağalır, bəziləri isə müalicəyə tabe olmur. Nəzərə almaq lazımdır ki, 200-dən çox psixi pozuntu növü var. Psixi pozuntuların müalicəsi psixoterapevtik və ya dərman və digər somatik üsullarla həyata keçirilir. Bir çox psixi pozğunluqların səbəbləri başa düşülmür. Buna bioloji, psixoloji , isri və stress faktoru səbəb ola bilər. Uşaq vaxtı yaşanmış travmalar illər sonra fərqli şəkildə ortaya çıxa bilər. Müxtəlif insanlar sıxıntılara və problemlərə fərqli reaksiya verirlər: bəziləri uğursuzluqlardan  güc alır, çıxa bilir, bəziləri intihar edir və ya  psixi xəstə olurlar”.

Ailədəki psixi xəstə ilə necə rəftar etmək lazımdır” sualını isə həkim belə cavablandırıb:

“Mütləq şəkildə belə hal varsa, bu barədə həkimə məlumat verilməlidir. Müntəzəm müalicələr olmasa, belə xəstələrin özlərinə və başqalarına risk yaşada biləcəyi nəzərə alınmalıdır”.

Murad

0