Məsuliyyətsiz valideynlərin qurbanı olan körpələr...

ÖLKƏ
22:30 / 15.02.2024
260

Son dövrlər demək olar ki, tez-tez “3 yaşlı uşaq quyuda boğuldu“, “4 yaşlı uşaq hündür yerdən yıxılaraq öldü”, “2 yaşlı uşağı elektrik cərəyanı vurdu“ kimi xəbərləri eşidirik.

Əlbəttə, bu cür hadisələrin baş verməsinin əsas səbəblərindən biri də valideynlərin övladlarına düzgün nəzarət etməməsi, yetərincə diqqətli davranmamaları və ən əsası da övladlarına deyil, telefonlarına vaxt ayırmalarıdır. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaq yetişdirmək olduqca məsuliyyətli işdir. Amma son zamanlarda bu məsələlər adi bir hal alıb: 

"Məsuliyyətsiz valideyinlərin cəzasını məsum körpələr çəkir. Çox insan bu məsuliyyəti dərk etmədən övlad sahibi olurlar. Əllərində telefon uşaqları ilə maraqlanmırlar. İndi hər kəsin əlində bir telefon övlad qalıb qıraqda və buna görə, ölkədə yüzlərlə uşaq valideyn diqqətsizliyinin qurbanı olurlar".

Sevinc

0