Uşaqlarda qulaq ağrısı artıb - Səbəb nədir?

ÖLKƏ
20:44 / 15.02.2024
267

Uşaqlarda qulaq sğrıları, xüsusilə də balaca uşaqlar arasında geniş yayılıb. Bu ağrılı ola bilər, lakin adətən ciddi bir xəstəliyin əlaməti deyil.

Uşaqlarda qulaq ağrıları çox vaxt qulaq infeksiyasından qaynaqlanır və adətən bir neçə gündən sonra yaxşılaşmağa başlayır.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqlarda qulaq ağrısı soyuqdəymədən, yaxud çiməndən sonra baş verir. 3-4 yaşlı uşaqlar qulaq infeksiyalarına qarşı meylli olurlar. Əgər uşaqlar qulaq ağrısından şikayət edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Ona görə ki, qulaq ağrısı öz-özündən sağalmır, zamanla ötüb keçmir: 

"Qulaq ağrısı zamanı yüksək hərarət, hətta eşitmənin müvəqqəti itməsi kimi hallar olur. Təbii ki, vaxtında həkimə müraciət olunduqda problem olmur, yəni vaxtında qarşısını almaq mümkündür”.

Sevinc

0