Direktor işdən çıxarıldı, yenisi təyin olundu - FOTO

ÖLKƏ
10:28 / 21.02.2024
269
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailov vəzifəsindən azad edilib.
 
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
 
Əmrə əsasən, təqaüd yaşına çatması ilə əlaqədar olaraq onun əmək müqaviləsinə xitam verilib. 67 yaşlı V.İsmailov ömrünün 46 ilini mədəniyyət sahəsində çalışıb. O, 1978-ci ildən mədəniyyət sahəsində əmək fəaliyyətinə başlayıb. 1999-cu ildən rayon mədəniyyət evinin, 2012-ci ildən isə struktur dəyişikliyi ilə əlaqədar Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb. 
 
 
Daha bir əmrlə isə sözügedən vəzifəyə Ceyhun Bəşirov təyin edilib. O, bundan əvvəl Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarəsi üzrə kommunikasiya meneceri olub.
 
44 yaşlı C.Bəşirov əmək fəaliyyətinə 2005-ci ildə AMEA-da elmi işçi kimi başlayıb. Daha sonralar Səhiyyə Nazirliyində sanitar kimyəvi laboratoriya müdiri, Masallı Rayon İcra hakimiyyətində şöbə müdirinin müavininə qədər müxtəlif vəzifələrdə və özəl klinikaların birində rəhbər vəzifədə çalışıb.
 
 
0