Ermənistan DİN Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqlədi

ÖLKƏ
13:20 / 21.02.2024
351

"Moskvada saxlanılan Azərbaycan vətəndaşı Kamil Zeynallı qətl törətdiyinə görə beynəlxalq axtarışa verilib". 

HİT.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan tərəfi onu qətldə ittiham etsə də, söhbətin hansı hadisədən getdiyini açıqlamayıb.

Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı bu gecə Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

0