Elşən Qafarov: "Elə məktəb direktorları var ki, fironluq edir, yığdığını yığır, istədiyini edir"

ÖLKƏ
20:40 / 29.04.2024
179

"Nöqsan aşkar olunan məktəblərdə nələrin çatışmadığı, hansı problemlərin qeydə alınması ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi məlumat verməli idi". 

Bunu təhsil eksperti Elşən Qafarov Hit.az-a açıqlamasında qeyd edib. 

O bildirib ki, 39, 153 və 182 saylı məktəblərlə bağlı zaman-zaman narazılıqlar səslənib. Sosial mediada bu məktəblərlə bağlı narazılıqlar yetərincədir: 

"Elə məktəb direktorları var ki, fironluq edir. Yığdığını yığır, istədiyini edir və bu hərəkətləri də görülmür. Danılmaz faktdır ki, Bakı məktəbləri idarəolunmaz haldadır. Dövlət nəzarəti olduqca zəifdir.Məktəb direktorlarının fəaliyyət monitorinqi düzgün şəkildə aparılmalıdır. İşində seçilən məktəb direktorları irəli çəkilməlidir".

E.Qafarov hesab edir ki, nöqsanı olan məktəb direktorunu dərhal işdən azad etmək düzgün deyil. Nəzərə almaq lazımdır ki, bir məktəb direktorunun yetişməsi üçün azı 3 il vaxt lazımdır. 

Sevinc

0