Şadlıq evləri indi mərasim evi kimi fəaliyyət göstərir?

17:26 / 02.05.2024
111

Son dövrlər paytaxtda fəaliyyət göstərən restoran və şadlıq evlərinin xeyli hissəsi öz işini başqa istiqamətdə qurmağa başlayıb.

Belə ki, şadlıq evləri və restoranlar artıq öz profilinə uyğun deyil, mərasim evləri kimi mövcudluqlarını qoruyurlar. 

Bir vaxtlar toy-düyün səsi ucalan toyxanalardan indi Quran ayələri, Yasin, ağlaşma sədaları eşidilir.

İlahiyyatçı Cəmişid Əliyev Hit.az-a şərhində deyib ki, restoran və şadlıq evlərinin mərasim evi kimi fəaliyyət göstərməsi paytaxtda restoranlara tələbatın az olması ilə bağlıdır:

"Bu gün Bakıda saysız restoran, kafelər, əyləncə yerləri var. Bunların əksəriyyəti öz fəaliyyətlərini turistlərin marağına və tələbatına uyğun qurub. Turistlər də əsasən mərkəzdə yerləşən restoran və kafelərə üz tuturlar. Bir də onlar əsasən dənizkənarı məkanlarda yerləşən restoranlara gedirlər. Paytaxtın elə yerləri var ki, oradakı restoranlara nə turist gedir, nə də yerli sakin. Bu da restoranlar üçün böyük itki deməkdir. Odur ki, restoran sahibləri vaxtilə böyük xərc çəkib tikdirdiyi binanı saxlamaq, ondan qazanc götürmək üçün obyektin restoran kimi deyil, mərasim evi kimi fəaliyyət göstərməsini təmin edirlər. Bu gün o restoranı alan da yoxdur ki, satsın, ona görə də ondan bu cür istifadə edir".

Sevinc

0