Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkarlandı

ÖLKƏ
15:56 / 09.05.2024
181

Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib.

Bu barədə HİT.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, aprel ayında Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha iki nəfərə aid sümük fraqmentləri tapılıb və bununla da aşkar olunan insan qalıqlarının ən azı səkkiz şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib.

0