Küləkli hava gün ərzində davam edəcək - FAKTİKİ HAVA

ÖLKƏ
12:21 / 27.05.2024
252

Əvvəlcədən xəbər verildiyi kimi, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən HİT.az-a verilən xəbərə görə, saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.

Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.

 

0