Hər oxuyan Molla Pənah olmaz...

ÖLKƏ
20:13 / 05.08.2024
179

Azərbaycanda insanların hər şeyə kreativ yanaşması, yanaşma tapmağı var. Fırıldaqçılar VÖEN alıb, adlarını rahatlıqla psixoloq qoya, öz ağıllarına uyğun olaraq,  insanlara hər cür məsləhət verib, ev yıxa bilərlər. 

Maraqlıdır ki, müxtəlif nüfuzlu aili məktəblərdə psixoloji təhsil keçmiş həkimlər bu əldəqayırma həkimlər qədər populyar deyillər. Ciddi adamlar öz işləri ilə məşğuldurlar, sabun köpükləri su üzündə bərq vurur. Yamanca dövrə gəlib çatmışıq.

Ölkədə psixoloq sözü az qala əxlaqsız qadın sözü ilə sinonim təşkil etməyə başlayıb. Bərbər, barmen, manikürçü kimi dindirirsən, psixoloq olub.

Əldəqayırma “Psixoloq”lar bu saat ölkə qadınlarına ərlə necə davranmağın( daha doğrusu yola getməməyin) yollarını öyrədərək, özlərinə qiymət biçməyi, biçdirməyi öyrədirlər.

Psixoloqa mənəvi travmaları olan insanların ehtiyacı olur. Belələri yaralı insanları asanlıqla torlarına salıb, öz xəstə təxəyyüllərinin məhsulunu yeritməklə yoluxdurur. Yardımdan çox, ziyan vururlar.

Əlaqədar qurumlar bu vəziyyətə göz yummamalıdırlar. Hər oxuyan Molla Pənah olmaz.

Murad

0