Leyla və körpəsini öldürən Fəridə ömürlük həbs cəzası verildi

ÖLKƏ
15:05 / 07.10.2024
193

20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsə heç bir endirim etmədən, ömürlük məhkum edilməsinə hökm ediblər.

F.Hüseynli qalan ömrünü həbsxanada keçirəcək. Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leylanı, sonra isə və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, özünü də öldürmək istəyib, amma həyatını xilas etmək mümkün olub. Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.

O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı. Bu işin məhkəmə istintaqı qapalı keçirildiyi üçün cinayətin səbəbləri bilinmir.

0