Qanunsuz tikili söküldü - FOTO

ÖLKƏ
15:42 / 19.03.2025
57

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 26 ünvanına yenidən baxış keçirilib.

Hit.az xəbər verir ki, ğ cari ilin fevral ayında adıçəkilən ərazidə 0.01 hektar sahədə metal konstruksiyaların quraşdırılması müşahidə edilib.

Həmin vaxt müvafiq qurumlar tərəfindən xəbərdarlıq edilərək, konstruksiyanın qismən sökülməsi istiqamətində tədbirlər görülüb.

18 mart 2025-ci il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə yenidən baxış keçirilərək, söküntü prosesinin yekunlaşdırılması təmin edilib.

0