Almaniyanın hakim koalisiyasına daxil olan Sosial-Demokrat Partiyasının (SPD) Bundestaqdakı fraksiyasının deputatları Rusiya və Ukraynaya münasibətdə siyasi kursun dəyişdirilməsi imkanını müzakirə ediblər.
Tiraj.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti fraksiyadakı mənbəyə istinadən məlumat yayıb.
“Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhaltda keçirilən seçkilərdə qələbə qazanması səbəbindən SPD-də Ukrayna və Rusiyaya münasibətdə öz siyasi kursu ilə bağlı mübahisə yaranıb. Qəzet yazır ki, bu məsələ bazar ertəsi Bundestaqdakı sosial-demokratlar fraksiyasında qızğın şəkildə müzakirə olunub.
“Welt”in məlumatına görə, deputatların təxminən 90 faizi Rusiya və Ukraynaya münasibəti dəyişməyə ehtiyac olmadığını düşünür. Lakin 10 faiz mövcud kursun davam etdirilməsinin əleyhinə çıxış edir və bu mövqe getdikcə daha çox dəstək qazanır.
Bu kursu dəstəkləyən siyasətçilərdən biri SPD fraksiyasının xarici siyasət üzrə eksperti və deputat Ralf Şteqnerdir. Nəşr əlavə edib ki, bir çox deputat Rusiya-Ukrayna münaqişəsi kontekstində daha fəal diplomatik səylərin göstərilməsinin tərəfdarıdır.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz “Almaniya üçün Alternativ” partiyasını Rusiyaya dəstək verməkdə və anti-immiqrasiya siyasəti yürütməkdə ittiham edib.
Samir

