Azərbaycanın zəngin tarixi: “Qürur duyuruq”

ÖLKƏ
11:21 / 19.05.2026
113

“Biz qədim tariximizlə qürur duyuruq”. 

Bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır:
“Bizim vəzifəmizin bunları növbəti nəsillər üçün qorumaq olduğunu vurğulayan dövlətimizin başçısı əminliyini bildirib ki, növbəti nəsillər də öz vəzifələrini yerinə yetirəcəklər”.

Qeyd edək ki, Azərbaycan çox qədim və zəngin tarixə malikdir. Ölkənin müxtəlif yerlərində tarixi binaları görmək mümkündür. Əslində həmin tarixi binların indiyə kimi qorunub saxlanılması da birbaşa dövlətin dəstəyi sayəsində mümkün olub. 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəsləfə doktoru Faiq Ələkbərli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycan xalqının tarixi qürur duyulacaq bir tarixdir:

399776

“Tarixə nəzər saldıqda görürük ki, xalqımız böyük dövlətlər qurub və həmin dövlətlərdən bizə möhtəşəm abidələr miras qalıb. Bu abidələr dünya tərəfindən də qəbul olunur və yüksək qiymətləndirilir. Tariximiz yazılı ədəbiyyatda, xüsusilə poeziya, fəlsəfə və musiqidə öz əksini tapıb. 

Bununla yanaşı, zəngin memarlıq abidələrimiz də mövcuddur. Söhbət təkcə Azərbaycan ərazisində yerləşən abidələrdən getmir. Bütöv Azərbaycan coğrafiyasını əhatə edən Dərbənd, İrəvan, Təbriz, Zəncan, Urmiya və Həmədanda yerləşən abidələr də bizim tarixi-mədəni irsimizin bir hissəsidir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan ərazisində yerləşən abidələri qorumaq, onlara sahib çıxmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur: 

“Bizim üçün yalnız ölkə daxilindəki deyil, ölkə xaricində yerləşən abidələr də dəyərlidir. Bütöv Azərbaycan coğrafiyasında yerləşən hər bir abidə bizim üçün doğmadır və onlara da sahib çıxmalıyıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu irs gələcək nəsillərə ötürülməli, onlar tərəfindən də sonrakı nəsillərə çatdırılmalıdır. Tarixi və mənəvi ardıcıllıq qorunub saxlanmalıdır”. 

Günel Cəlilova

0