Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 57 min manatlıq dövlət bayraqları alır

ÖLKƏ
23:15 / 19.05.2026
45

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi dövlət bayraqlarının satın alınması ilə bağlı satınalma həyata keçirib.

Satınalmanın qalibi fiziki şəxs İsmayıl Canpolad oğlu Hüseynov olub. Müqavilənin dəyəri 57 min 525 manat təşkil edir.

Satınalma kotirovka metodu əsasında reallaşdırılıb.

Abbas

0