İcra başçısı özünə birinci müavin təyin etdi

ÖLKƏ
16:40 / 07.07.2026
101

Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub.

HİT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq sərəncam imzalayıb.

Sənədlə birinci müavini vəzifəsinə Elman İmamverdiyev təyin edilib.

Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. O, bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

0