Paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan svetoforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində paytaxtın Nəsimi və Yasamal rayonlarındakı svetoforlara quraşdırılan velosiped bölmələri yeni nəsil LED işıqlandırma ilə təchiz olunub.


