İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb

ÖLKƏ
13:11 / 10.07.2026
82

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən idarə olunan “Tedaruk.az” elektron portalı üzrə bu ilin 6 ayının nəticələri açıqlanıb.

Hesabat dövründə portal vasitəsilə dövlət sifarişi əsasında ümumi dəyəri 66 932 307,86 manat olan ərzaq məhsulları satın alınıb. Bu müddət ərzində 112 satınalan təşkilat elektron platforma vasitəsilə 83 istehsalçı və satıcıdan 228 növdə ərzaq məhsulunun tədarükünü 8845 sifariş üzərindən həyata keçirib. Sifarişlər ölkənin 73 regionunu əhatə edib.

Tedaruk.az elektron portalı dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması prosesinin vahid platforma üzərindən həyata keçirilməsini təmin etməklə satınalma prosesinin operativliyinin, şəffaflığının və səmərəliliyinin artırılmasına xidmət edir. Eyni zamanda, portal yerli istehsalçı və satıcıların dövlət satınalmalarında iştirak imkanlarını genişləndirərək onların bazara çıxışına əlavə dəstək verir.

“Aqrar Tədarük və Təchizat” ASC bundan sonra da elektron satınalma mexanizmlərinin təkmilləşdirilməsi, yerli istehsalçıların dəstəklənməsi və dövlət qurumlarının keyfiyyətli ərzaq məhsulları ilə dayanıqlı təminatının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək

0