Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Hit.az xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:
1. 30-cu maddənin VIII hissəsinin ikinci abzasının üçüncü cümləsində, üçüncü və dördüncü abzaslarının birinci cümlələrində "mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin.
2. 46-2-ci maddənin I hissəsinin 5-ci və 6-cı bəndlərində "mərkəzi” sözü “müvafiq” sözü ilə əvəz edilsin.
3. 53-cü maddə üzrə:
3.1. VII hissənin beşinci cümləsində "mərkəzi” sözü “müvafiq” sözü ilə əvəz edilsin;
3.2. XIX hissənin ikinci cümləsində “125.2-ci” sözləri “57-1.1-ci” sözləri ilə əvəz edilsin.
4. 84-cü maddənin birinci hissəsi üzrə:
4.1. 6-1-ci bənddə “operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək” sözləri "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib etmək və” sözləri ilə əvəz edilsin;
4.2. 6-2-ci bəndə "inzibati tənbeh” sözlərindən əvvəl “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş” sözləri əlavə edilsin.
5. 85-ci maddənin birinci hissəsinin 9-cu bəndində “surəti" sözü “habelə protokola əlavə kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir, ikinci nüsxəsi" sözləri ilə əvəz edilsin.


