Ötən ay sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər

ÖLKƏ
10:40 / 07.08.2026
42

Bu ilin iyul ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən Hit.az-a məlumat verilib.

Məlumata görə, ötən ilin iyul ayı ilə müqayisədə 10,31 % çox sərnişin daşınıb. “Koroğlu” stansiyası 1 630 048 sərnişinə xidmət göstərərək ayın lideri olub.

Qeyd edək ki, ayın ən çox sərnişin daşınan günü − 1 iyulda metrodan 649 974 nəfər istifadə edib. NFC və QR bilet vasitəsilə ümumilikdə 8 567 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib. “Əlçatan metro” xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.

0