Fazil Məmmədovun kürəkəni İngiltərədə sayca 12-ci şirkətini yaratdı (SƏNƏDLƏR)

ÖLKƏ
12:31 / 27.04.2020
3486

Dünyanın koronavirusla mübarizə apardığı, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin hökumətdən insaf umub 190 manat gözlədiyi bir dövrdə keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərədə sayca 12-ci şirkətini qeydiyyatdan keçirib.

Hit.Az xəbər verir ki, bu haqda məlumatı jurnalist Cavanşir Həsənli yayıb. O, bildirib ki, daşınmaz əmlak sektorunda fəaliyyət göstərəcək PONA PROPERTIES LTD ötən ayın 24-də Londonda təsis edilib.

12531211 saylı lisenziya alan şirkətin adı Əbdül Əliyevin ailə üzvlərinin baş hərflərinin götürülüb və Bank Court 4, Weldon Road, Loughborough, Leicestershire, United Kingdom, LE11 5RF hüquqi ünvanında yerləşir.

Bu Əbdül Əliyevin bu il Britaniyada təsis etdiyi yeganə şirkət deyil. Keçmiş nazirin kürəkəni bu il yanvarın 22-də Londonda fəaliyyət göstərən TASKERSTONE LIMITED-ə (qeydiyyat nömrəsi 03212874) ortaq olub. Əbdül Əliyev eyni zamanda yanvarın 23-də Bibby Financial Services LTD (As Security Trustee) üzərindən yeni daşınmaz əmlak əldə edib.

Ötən ilin iyununda isə o ailə üzvlərinin baş hərflərinin abbreviaturası ilə başqa bir daşınmaz əmlak şirkətini - NOAP PROPERTIES LIMITED-i qeydiyyatdan keçirmişdi.

Fazil Məmmədovun kürəkəninin indiyədək Britaniyada qeydiyyatdan keçirdiyi şirkətlərin siyahısı:

1. PONA PROPERTIES LTD

2. TASKERSTONE LIMITED

3. NOAP PROPERTIES LIMITED

4. OPTIMET FINISHING LIMITED

5. BRIDGE STREET RESTAURANT LIMITED

6. VERSO INVESTMENTS LIMITED

7. GROCR HOLDINGS LIMITED

8. BUTA HOSPITALITY & LEISURE LIMITED

9. BUTACARE LIMITED

10. BUTAROSE LIMITED

11. OKAA PROPERTY LIMITED

12. AMPCO 147 LIMITED

Bunlardan 3-ü fəaliyyətini dayandırıb, 9-u fəaliyyətdədir.

Yeri gəlmişkən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürənlərin siyahısında nə Fazil Məmmədovun, nə Əbdül Əliyevin, nə də onun vaxtilə vergilər nazirinin müavini olmuş arası Namiq Əliyevin adına rast gəlmədim.

2